“Sabah” Çempionlar Liqasında debütə hazırlaşır.
“Tələbələr” ilkin mərhələdə “The New Saints”lə (TNS) münasibətlərinə aydınlıq gətirəcək.
İlk oyun Bakıda gerçəkləşəcək ki, britaniyalıların səfər planı hazırdır.
Sportinfo.az xəbər verir ki, qonaqlar Bakıya qarşılaşmadan iki gün əvvəl, iyulun 5-də axşam saatlarında təşrif buyuracaq. Həmin günə məşq nəzərdə tutulmayıb. Uzun yol qət edən nümayəndə heyəti dincələcək.
Harada?
Paytaxtımızın lüks məkanlarından olan “Hilton” otelində. TNS rəhbərliyi komandanın rahatlığı üçün Bakının dəbdəbəli mehmanxanalarından birini seçib.
İyulun 6-da, saat 19:15-dən etibarən TNS-in baş məşqçisi Kreyq Harrison mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:00-da isə qonaq komandanın oyunöncəsi son məşqçi start götürəcək.
Həm konfrans, həm də məşq “Bank Respublika Arena”da keçiriləcək.
İyulun 7-də baş tutacaq “Sabah” – TNS qarşılaşması saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

