“Qarabağ” Avropa Liqasında mübarizəyə başlayır.
Təmsilçimizin ilk cəhddəki rəqibi “Vestri”dir.
İslandların Bakı planı müəyyənləşib.
Qonaqlar ölkəmizə oyundan iki gün əvvəl, iyulun 7-də axşam saatlarında təşrif buyuracaq.
Hava limanından birbaşa otelə yollanacaq nümayəndə heyəti “Hyatt Regency”də məskunlaşacaq.
Qarşılaşmadan bir gün əvvəl “Vestri”nin matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi son məşqi baş tutacaq.
Həmin gün İslandiya klubunun baş məşqçisi Daniel Osafo-Badu mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.
İslandiya kubokunun son qalibini dəstəkləmək üçün Britaniyadan ölkəmizə azarkeşlərin və jurnalistlərin təşrif buyuracağı gözlənilmir. Bu günə qədər məsələ ilə bağlı qarşı tərəfdən “Qarabağ”a müraciət daxil olmayıb.
İyulun 9-da Respublika stadionunda gerçəkləşəcək duel saat 20:00-da başlayacaq.
Cavab oyunu bir həftə sonra İslandiyada baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ

