Dünya çempionatında 1/8 final mərhələsinin ilk oyunu başa çatıb.
Sportinfo.az xəbər verir ki, Kanada millisi Mərakeşlə üz-üzə gəlib.
Qarşılaşma Mərakeş yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Afrika təmsilçisinin heyətində hər iki qolu İzzəddin Unahi vurub.
O, 50 və 82-ci dəqiqələrdə fərqlənib. 90+8-ci dəqiqədə isə Süfyan Rahimi komandasının 3-cü qolunu vurub.
Bu nəticədən sonra Mərakeş 1/4 finala yüksəlib, Kanada isə dünya çempionatında mübarizəni dayandırıb.

