"Neftçi" Dünya Seriyasının Marsel mərhələsinin qalibi oldu

08:40 Basketbol 84
"Neftçi" Dünya Seriyasının Marsel mərhələsinin qalibi oldu

"Neftçi"nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında qalib gəlib.

Sportinfo.az xəbər verir ki, 3-4 iyul 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Marsel (Fransa) mərhələsinin görüşləri keçirilib.

Azərbaycanı bu mərhələdə təmsil edən "Neftçi" qrup lideri kimi 1/4 finala yüksəlib.

"Neftçi" 1/4 finalda Uqanda millisinə 18:15, yarımfinalda Fransa seçməsinə 14:10 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb.

Finalda güclü Kanada yığması ilə üz-üzə gələn təmsilçimiz, gərgin mübarizənin yekununda 9:15 hesabı ilə qələbə qazanıb və Marsel mərhələsinin qalibi olub.

Turnirin ən dəyərli basketbolçusu (MVP) "Neftçi" klubunun və milli komandamızın üzvü Arika Karter seçilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti