“Neftçi” Çempionlar Liqasının oyunlarını hansı stadionda keçirəcək?

22:40 Qadın futbolu 146
“Neftçi” Çempionlar Liqasının oyunlarını hansı stadionda keçirəcək?

Qadın futbolçulardan ibarət “Neftçi"nin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində yer aldığı qrupun oyunlarının yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 1-ci qrupda yer alan Azərbaycan çempionu Yunanıstanda çıxış edəcək.

Təmsilçimiz iyulun 22-də Monteneqronun “Buduçnost” kollektivi ilə Veriya şəhər stadionunda qarşılaşacaq.

Qrupun digər yarımfinal cütündə isə həmin gün PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) matçı da eyni arenada baş tutacaq.

Cütlərin qalibləri iyulun 25-də həmin stadionda final görüşündə üz-üzə gələcək. Qalib isə 2-ci təsnifat mərhələsinə vəsiqə qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti