Toral Bayramovun “Bursaspor”da işləri necə gedir?

01:20 Türkiyə 84
Toral Bayramovun “Bursaspor”da işləri necə gedir?

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun yeni transfer olunduğu “Bursaspor”da işləri yolunda gedir.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı cinah oyunçusu qısa müddətdə komandaya uyğunlaşa bilib.

Onunla yanaşı, digər yeni transferlər Jurgen Elitim və Amine Butrahın uyğunlaşma dönəmi də məşqçilər korpusunun ürəyincədir.

Bayramovun və digərlərinin yüksək əhval-ruhiyyədə olması məşqləri izləyən “Bursaspor” azarkeşlərini də sevindirir. Onlar komandanın növbəti mövsüm Superliqaya vəsiqə qazanacağına inanır.

Toral Bayramov I Liqa klubuna bu yay “Qarabağ”dan keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti