Dördüncü azərbaycanlı futbolçu da Qırğızıstan klubuna yollandı

4 İyul 19:20 Bizimkilər 1 752
Dördüncü azərbaycanlı futbolçu da Qırğızıstan klubuna yollandı

Qırğızıstan “Ozgon”u daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, “Səbail”lə müqaviləsi başa çatan müdafiəçi Səbayıl Bağırov karyerasını Asiya təmsilçisində davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bununla da, “Ozgon”da çıxış edən azərbaycanlı futbolçuların sayı 4-ə yüksəlib.

Hazırda Orxan Əliyev, Ramin Əhmədov və İldar Ələkbərov da Qırğızıstan klubunun formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM