Ölkəmizi Konfrans Liqasında təmsil edəcək iki komandadan biri olan “Zirə” ilk oyuna hazırlaşır.
“Qartallar”ın 1-ci mərhələdəki rəqibi Kutaisi “Torpedo”sudur.
Gürcüstanla Azərbaycan arasındakı məsafəni nəzərə alsaq, komandaların uçuşla bağlı əziyyət çəkməyəcəyi məlumdur.
“Torpedo” Azərbaycan planı barədə “Zirə” rəsmilərini məlumatlandırıb.
Gürcülər Bakıya oyundan iki yox, bir gün əvvəl, iyulun 8-də təşrif buyuracaq, Həmin gün jurnalistlər üçün mətbuat konfransı və rəqib komandanın oyunöncəsi son məşqi nəzərdə tutulub.
“Torpedo”nun maliyyə dayaqlarının möhkəm olduğunu görmək üçün Bakıda seçilən otelin adına diqqət yetirmək bəs edir. Gürcülər paytaxtımızın dəbdəbəli məkanlarından sayılan “Absheron Marriott”da məskunlaşacaq.
Hər nə qədər maraqlı olsa da, Gürcüstandan Bakıya jurnalistlərin və azarkeşlərin gələcəyi gözlənilmir. Belə bir plan olsaydı, bu barədə “Zirə” rəsmiləri məlumatlandırılardır.
Hələ ki, söz deyən olmayıb.
İyulun 8-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da reallaşacaq “Zirə” – “Torpedo” matçının start fiti saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

