Kanadaya 3 qolla qalib gələn Mərakeş 1/4 finalda - DÇ-2026

5 İyul 00:30 Dünya çempionatı 323
Kanadaya 3 qolla qalib gələn Mərakeş 1/4 finalda - DÇ-2026

Dünya çempionatında Mərakeş Kanadaya qalib gəlib.

Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Komandanın heyətində 50 və 82-ci dəqiqələrdə Azzedin Unahi fərqlənməklə dubla imza atıb. Yekun nəticəni isə 90+8-ci dəqiqədə Sufyan Rahimi müəyyənləşdirib.

Cari mundialda ilk 1/4 finalçı olan Mərakeş bu raundda Paraqvay - Fransa cütünün qalibi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti