Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella postunda qalacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası DÇ-2026-da uğursuz çıxışa baxmayaraq, italiyalı mütəxəssislə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Türkiyə millisi mundialda qrup mərhələsini keçə bilməyib və 3 xalla mübarizəni dayandırıb.
52 yaşlı mütəxəssis 2023-cü ildən Türkiyə yığmasına rəhbərlik edir. Komanda onun rəhbərliyi altında 36 oyuna çıxıb, 21 qələbə qazanıb, 5 heç-heçə edib və 10 məğlubiyyət alıb.
Montellanın hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyulunun sonuna qədərdir.

