PSJ-nin hücumçusu gələn mövsümə Premyer Liqa nəhəngində başlayacaq?

21:40 Fransa 87
PSJ-nin hücumçusu gələn mövsümə Premyer Liqa nəhəngində başlayacaq?

PSJ-nin hücumçusu Bredli Barkola karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” yay transfer dönəmində əsas hədəf kimi fransalı futbolçunu müəyyənləşdirib.

Keçidin reallaşmasının klubların maliyyə razılığı əldə etməsindən asılı olduğu bildirilir.

23 yaşlı vinger 2025/26 mövsümündə bütün turnirlərdə 49 oyunda meydana çıxaraq, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti