"Baku City Hospital"dan Azərbaycan Ordusuna 10000 manat və 2 maşın ianə

18 Oktyabr 2020 09:40 Maraqlı 976
"Baku City Hospital"dan Azərbaycan Ordusuna 10000 manat və 2 maşın ianə

Respublikamızın qabaqcıl tibb müəssisələrindən olan «Baku City Hospital» növbəti dəfə Azərbaycan Ordusuna dəsiək olub.

Sportinfo.az xəbər verir ki, adıçəkilən xəstəxana Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat ianə edib.

Bundan əlavə, «Baku City Hospital» 2 Təcili Tibbi Yardım maşınını ordunun ixtiyarına verib.

Həmçinin «Baku City Hospital»ın personalı hərbiləşmiş xəstəxanaların gündəlik fəaliyyətində yaxından iştirak edir. İstər cərrah-həkimlər, istərsə də tibb bacıları sentyabrın 27-dən bəri yaralı əsgərlərimizin xidmətindədir.

Onu da bildirməliyik ki, «Baku City Hospital» hərbiləşdirilmiş xəstəxanalara 15000 manat civarında tibbi inventar yardımı edib.

Digər Xəbərlər
Xəbər Lenti