Koronavirus yoluxan məşhurlar: Siyahıda nazir də var, idmançı da, müğənni də…

5 Aprel 2020 22:50 Maraqlı 1 162
Koronavirus yoluxan məşhurlar: Siyahıda nazir də var, idmançı da, müğənni də…

Koronavirus epidemiyası dünyanı cənginə almağa davam edir.

Koronavirusla bağlı bir çox tədbirlər həyata keçirilsə, karantin rejimi elan olunsa da, günbəgün virusa yoluxanların və ölənlərin sayı artır.

Onlar arasında dünyaca məşhur siyasətçilər, idmançılar və sənət adamları da var. "James Bond” filmi ilə məşhurlaşan aktrisa Olqa Kurylenko koronavirusa yoluxmuş məşhurlardandır. Aktrisa bir neçə gün öncə sosial şəbəkədə sağaldığını açıqlayıb.

“La Casa De Papel” serialının ulduzu Itziar Ituno koronavirusa yoluxub.

“Taxt oyunları” serialının ulduzu İndira Varmanın da koronavirus testi pozitiv çıxıb.

ABŞ-ın məşhur aktyoru Mark Blum koronavirus səbəbiylə vəfat edib.

Dünyanın ən yaxşı aktyorlarından biri olan Kevin Durant da koronavirusa yoluxub.

Dünyaca məşhur kamerunlu caz ustası Manu Dibango koronavirusdan ölüb. Sənətçinin 86 yaşı var idi.

“Game Of Thrones” serialının aktyoru Kristofer Hivju instaqram hesabında koronavirusa yoluxduğunu açıqlayıb.

İngilis aktyor İdris Elba verdiyi açıqlamada koronavirus testinin pozitiv olduğunu söyləyib.

Nyu-Yorkda yaşayan türkiyəli müğənni Demet Sağıroğlu koronavirusa yoluxub.

Koronavirus məşhur idmançılardan da yan keçməyib.

Məşhur qapıçı Rüştü Recber koronavirusa yaxalanıb. Onun həyat yoldaşı Işıl Recber Rüştünü koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirdiklərini açıqlayıb.

"Milan"ın texniki direktoru Paolo Maldini və oğlu koronavirusa yoluxub.

“Yuventus”un ulduz futbolçusu Paulo Dibalada da koronavirus aşkarlanıb. Bu barədə futbolçunun özü sosial şəbəkədə məlumat paylaşıb.

Koronavirusa yoluxan siyasətçilər də az deyil.

Koronavirusla bağlı kəskin açıqlamaları ilə tanınan İngiltərənin baş naziri Boris Johnsonda da koronavirus aşkar edilib.

Johnsondan sonra Böyük Britaniyanın səhiyyə naziri Matt Hankok koronavirusa yoluxduğunu açıqlayıb.

İngiltərənin səhiyyə nazirinin müavini Nadin Dorris koronavirusa yoluxan siyasətçilər arasındadır.

Böyük Britaniyanın vəliəhd şahzadəsi Çarlz koronavirus testinin pozitiv çıxdığı məlum olub.

İspaniyanın baş nazirinin müavini Pedro Sançezin həyat yoldaşı Begona Gomezin koronavirusa yoluxduğu bəlli olub.

Avstraliyanın daxili işlər naziri Peter Dutton da koronavirusa yoluxub.

Fransanın mədəniyyət naziri Frank Riester də koronavirusa yoluxub. Müalicə alan nazirin hazırda vəziyyəti yaxşı olduğu bildirilir.

Azərbaycanda da koronavirusa yoluxanların sayı artsa da, onlar arasında populyar simalar demək olar ki, yoxdur.

Paris Azərbaycan Evinin Prezidenti Mirvari Fətəliyeva koronavirus infeksiyasına yoluxub.

Amerikada yaşayan və Bakıya qayıdan müğənni İlhamə Qasımova karantində olsa da, test nəticəsi neqativ çıxıb.

Xalq rəssamı Tahir Salahovun rəssam qızı Aydan Salahova da karantinə alınan sənət adamlarındandır.

İtaliyadan Rusiyaya qayıdarkən hava limanından alınaraq xəstəxanaya yerləşdirilən rəssamın test cavabı neqativ çıxıb. Aydan hazırda evindədir.

KÖNÜL

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı