Messi anti-rekordunu təkrarladı

26 Yanvar 2020 14:35 Maraqlı 1 209
Messi anti-rekordunu təkrarladı

"Barselona"nın kapitanı Lionel Messi La Liqanın 21-ci turunda "Valensiya" ilə matçda (0:2) şəxsi anti-rekordunu yeniləyib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı argentinalı 90 dəqiqə ərzində rəqib qapısına 11 zərbə endirib. Lakin bu zərbələrin heç biri qolla nəticələnməyib.

Bu, katalonların liderinin 2017-ci ildə "Deportivo" ilə oyundakı uğursuzluğunun təkrarı olub. Messi həmin matçda da qapıya 11 zərbə vurmuş, lakin "çərçivə"yə yol tapa bilməmişdi.

"Barsa"nın kapitanı cari mövsüm Primeroda 16 oyun keçirib, 14 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!