Azərbaycan idmanının tanınmışları seçkidə - Onlar deputat olmaq uğrunda yarışacaq

20 Yanvar 2020 11:34 Maraqlı 1 035
Azərbaycan idmanının tanınmışları seçkidə - Onlar deputat olmaq uğrunda yarışacaq

Yanvarın 16-dan 17-nə keçən gecə Növbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı rəsmi təbliğat-təşviqat kampaniyasına start verilib.

Sportinfo.az xəbər verir ki, artıq Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatıb. Seçkiqabağı təşviqatın aparılması prosesi isə 8 fevral saat 08:00-dək davam edəcək.

Təşviqat kampaniyasında Milli Məclisə seçkilərdə iştirak etmək üçün qeydə alınmış şəxslər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları iştirak edə bilərlər.

9 fevralda Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək şəxslər arasında idman sahəsi üzrə tanınanlar da var. Yeni Sabah.az namizədliyi qeydə alınmış həmin şəxslərlə bağlı araşdırma edib:

Cabbarov Güloğlan Məhərrəm oğlu

Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Cabbarov Güloğlan namizədliyini 19 saylı Nərimanov birinci seçki dairəsindən irəli sürüb. G.Cabbarov 2010-2013-cü illərdə illərdə “Neftçi”də hüquq məsləhətçisi və idman direktoru vəzifəsini icra edib. Eyni zamanda 3 dəfə kikboksinqdə Azərbaycan çempionu, bu sahə üzrə 2 dəfə dünya çempionu, 3 dəfə Avropa üçüncüsü, 1 dəfə kunq fu sandada dünya çempionu, 1 dəfə eyni sahə üzrə Azərbaycan çempionu, 1 dəfə boksda Azərbaycan çempionu olub. Onun şüarı isə belədir: “Yolumuz haqq yoludur, ədalət yoludur!”

Xəlilov İlkin Fikrət oğlu

Azərbaycanın tanınmış idman jurnalisti, Sportinfo.az saytının şef-redaktoru vəzifəsində çalışan İlkin Fikrətoğlu da deputat olmaq istəyənlər sırasındadır. O, 54 saylı Şabran - Siyəzən seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Məmmədyarova Zeynəb Həmid qızı

Azərbaycanın xanım şahmatçısı Zeynəb Məmmədyarova namizədliyini 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən irəli sürüb. 2009-cu ildən Sumqayıt şəhər bələdiyyəsinin üzvü olan Z.Məmmədyarova 2013-cü ildən bələdiyyə sədrinin müavinidir. Beynəlxalq dərəcəli qrossmeyster 2000-ci ildə 18 yaşadək qızlar arasında dünya birinciliyinin qalibi, 2002-ci ildə 20 yaşadək qızlar arasında Avropa birinciliyinin qızıl mükafatçısı, həmin ildə Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, 2003-cü ildə isə 20 yaşadək qızlar arasında Dünya birinciliyinin bürünc mükafatçısı olub. 2019 cu ildə Batumi şəhərində keçirilən Komandaların Avropa çempionatında bürünc medala layiq görülüb. Xanım idmançının şüarı isə belədir: “Düzgün seçim edək ki, mat qalmayaq!”

Arpadarai Nigar Cavid qızı

Namizədliyi qeydə alınmış idman sahəsi üzər tanınan şəxslərdən biri də Nigar Arpadaraidir. Formula 1 üzrə Azərbaycan Qran-prisinin tanınmış simalarından olan - Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri N.Arpadarai 29 saylı Səbail seçki dairəsindən namizəddir. Onun şüarı isə belədir: “Səsiniz olacam!”

Əhmədova Jalə Fərhad qızı

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının I vitse-prezidenti Jalə Əhmədova da deputatlığa namizədliyi qeydə alınmış idman nümayəndələri siyahısındadır. Hazırda Xüsusi Dövlət Mühafizə Xidmətinin baş hüquqşünası vəzifəsində çalışan J.Əhmədova namizədliyini 59 saylı Salyan seçki dairəsindən irəli sürüb.

Buraxılan Milli Məclisdə də idman sahəsi üzrə tanınmışlar yer almışdı. Həmin şəxslər bunlardır: Ülvi Quliyev, Novruzəli Aslanov, Ağacan Abiyev, Fərəc Quliyev (yenisabah.az).

Naibə Məmmədova

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"