Həbib ayaqsız oğlana telefon aldı - VİDEO+FOTO

26 Dekabr 2019 16:42 Maraqlı 1 497
Həbib ayaqsız oğlana telefon aldı - VİDEO+FOTO

UFC üzrə dünya çempionu idmançı Həbib Nurməhəmmədov 11 yaşlı azarkeşi ilə görüşüb. Balaca fanatına bahalı “iPhone” hədiyyə edən Həbib onunla futbol da oynayıb.

Sportinfo.az xəbər verir ki, ayaqsız doğulan oğlan Qazaxıstanın Nur-Sultan şəhərində yaşayır. Öz növbəsində, balaca Nurməhəmmədova PSJ-nin futbolçularının avtoqraflarının olduğu top təqdim edib.

Məktəbli məşhur idmançı ilə görüşü barədə təəssüratlarını İnstaqram hesabında bölüşüb. “Mən Həbibə mənim üçün çox dəyərli olan hədiyyəni bağışladım, lakin mən Həbib Nurməhəmmədov kimi hörmətli və dahi çempionların diqqət, ürəyiaçıqlıq, xeyirxahlıq və sadəlik kimi insani keyfiyyətlərini daha qiymətli sayıram”, - məktəbli sosial şəbəkədə yazıb.

Digər Xəbərlər
Xəbər Lenti