COP29

Müğənni Zamiq, döyüşçü Tofiq, Kamran, Əfran, Vaqif.... Məşhurlar futbol meydanında!

31 Avqust 2023 20:40 Maraqlı 819
Müğənni Zamiq, döyüşçü Tofiq, Kamran, Əfran, Vaqif.... Məşhurlar futbol meydanında!

Ölkəmizdə Azərbaycan Media Liqası start götürür.

Unikal idman layihəsi olan liqa əyləncə və şou xarakteri daşıyacaq və kifayət qədər marağa səbəb olacağı gözlənilir.

Layihənin yaradıcılarından olan sosial şəbəkələrin fenomeni Nuqzar Kvirtiya liqa ilə bağlı Sportinfo.az-a müsahibə verib.

- Bu, kimin ideyasıdır? Hardan ortaya çıxdı?

- Açığı, ideya mənə aid idi. Ancaq başa düşürdüm ki, hər şeyi tək həyata keçirmək çətin və mümkünsüzdür. Ona görə də ideyam barədə dostlarımla danışmağı qərara aldım. Onlar layihəni dəstəklədilər. İndi bunun üzərində Ziya Əliyev, Tural Əliyev, Orxan Muxtarov, Zaur Mirzəzadə və Tamerlan İmanov işləyir.

- Liqadan gözləntiləriniz nədir? Bu, sizə nə verəcək?

- Bu gün üçün böyük plan yoxdur. Hazırda geniş ictimaiyyəti media futbolu ilə tanış edəcək şou oyunu nəzərdə tutulub. (Yeri gəlmişkən, bir çox ölkələrdə bu layihə artıq vüsət halını alır). Gələcəkdə tam hüquqlu Liqa yaratmağı planlaşdırırıq.

- Niyə məhz Media Liqası?

- Dediyim kimi, bir çox ölkələrdə bu layihə böyük populyarlıq qazanır və hazırda müxtəlif ölkələrdən olan təşkilatçılar layihənin mümkün qədər geniş miqyaslı olması üçün daim əlaqədədirlər. Məncə, Azərbaycan Media Liqası ulduz komandalar üçün uyğun addır. Başqa xüsusi səbəbi yoxdur, sadəcə, dünya təcrübəsindən yararlanmışıq.

- Media demişkən, liqada jurnalistlərin iştirakı nəzərdə tutulub?

- İlk oyundan sonra bütün media seqmentləri cəlb olunacaq və oyunçuların hər biri öz komandasını yaradaraq Liqada iştirak edə biləcək. Təbii ki, müəyyən şərtlər qarşılığında.

- İlk oyun nə vaxta nə vaxta nəzərdə tutulub?

- Sentyabrın 16-da keçirməyi planlaşdırırıq. Yeri gəlmişkən, həmin gün həm də mənim ad günümdür.

- Sentyabrın 16-sı şənbə günüdür. Həmin ərəfədə Premyer Liqanın 6-cı turunun oyunları keçiriləcək.

- Bilirəm. Amma indiki vaxtda başqa çıxış yolumuz yoxdur. Ən uyğun tarix kimi ayın 16-nı gördük. Həm də bizim oyun daha erkən saatda baş tutacaq. Bu haqda ictimaiyyətə məlumat veriləcək.

- İlk oyunun iştirakçıları kimlər olacaq? Vaqif Cavadov, Əfran İsmayılov, Rail Məlikov, Tofiq Musayevin anonsunu görmüşük. Digərləri də məlumdur?

- Futbolçulardan Kamran Ağayev, Ruslan Abışov, İlqar Qurbanov, jurnalistlərdən Tural Məmmədli, aktyor-bloger Fuad İsgəndərov, müğənni Zamiq Hüseynov və sair.

- Komandalardan birinin baş məşqçisi Arif Əsədovdur. Bəs, digəri?

- Digər komandanın baş məşqçisinin kimliyi yaxın günlərdə bilinəcək. Hazırda iki məşqçi ilə danışıqlarımız gedir. Hər ikisi vaxtilə ölkənin sayılıb-seçilən futbolçularından olub, Azərbaycanı xaricdə layiqincə təmsil ediblər. Etika xatirinə indidən ad açıqlamağım düzgün deyil. Birdən sabah alınmaz.

- Stadion seçimini etmisiniz?

- Oyun “Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”da baş tutacaq.

- Hərəsi iki hissədən ibarət 45 dəqiqə oynanılacaq?

- Xeyr, oyun 1 saat davam edəcək. Hərəsi 30 dəqiqədən ibarət iki hissə.

- Hər komandada 11 nəfər?

- Mütləq.

- Maraqlananlar bileti haradan və necə alacaq?

- Hazırda “iTicket”lə qiymətlərin müəyyənləşməsi yönündə danışıqlar davam edir. Yekun qərar qəbul olunandan sonra sistem üzərindən satış həyata keçiriləcək. Çalışacağıq elə qiymətlər olsun ki, hamı gələ bilsin. Bu, sırf bizdən asılı olan məsələ deyil.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"