Çempionatımızın “qaymaqları” bu ustaya görə növbəyə düzülür - FOTOLAR

5 May 2023 20:40 Maraqlı 4 128
Çempionatımızın “qaymaqları” bu ustaya görə növbəyə düzülür - FOTOLAR

Premyer Liqada top qovan futbolçular, xüsusən də legionerlər saç düzümünə görə Vasif adlı bərbərə zəng edir.

Son vaxtlar futbol camiəsində dəbə minən saç ustası üzdə olan əcnəbilərin ən çox ehtiyac duyduğu şəxsdir.

Vasifin yanına daha kimlər getmir?

“Neftçi”dən İvan Brkiç, Mateus Saldanya, Höccət Haqverdi, Kilan Lebon, Azər Salahlı, Mert Çelik, Eddi İsrafilov və ən əsası, komandanın sevilən siması Emin Mahmudov hər imkanda yolunu “Xətai”dəki salondan salır.

“Zirə”dən Hamidu Keyta, Loris Bronyo, Rüstəm Əhmədzadə, "Sabah"ın bombardiri Coy-Lens Mikels, "Kəpəz”dən Ahmed Ayzaya, “Turan Tovuz”dan Denis Marandiçi, “Səbail”dən Maksim Çexlə Mirabdulla Abbasov, “Qəbələ”dən İsnik Alimi, Feras Abu Akal, Ramon Maçado da Vasif ustanın qayçı-darağının “bacarığına” bel bağlayır.

Çempionatımızın “qaymaqlarının” sözügedən usta üçün növbəyə düzülməsinin səbəbi işini bacarıqla görməsi, vaxt məsələsinə xüsusi diqqət yetirməsi, qiymətdə münasibliyi qoruması və çalışdığı salonun əlverişli məkanda yerləşməsidir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"