Azərbaycanlı məşqçi qəribə sualla gündəm oldu - VİDEO

11 Aprel 2023 21:00 Maraqlı 1 328
Azərbaycanlı məşqçi qəribə sualla gündəm oldu - VİDEO

Premyer Liqada son turun ən gözlənilməz nəticəsi Bayılda rəsmiləşdi.

"Səbail" doğma meydanda avrokuboklara vəsiqəni ötən tur təmin edən "Sabah"ı məğlub etdi - 2:1.

İnsafən, Şahin Diniyevin yetirmələri qələbə ilə bərabər, həm də yaxşı oyunla yadda qalmağı bacardı.

Elə bunun nəticəsidir ki, baş məşqçinin mətbuat konfransında ürəyi açılıb.

Belə ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarına keçid etmədən əvvəl özü onlara sual ünvanlayıb - "Sizcə, belə futbol oynayan komanda Premyer Liqada qalmağa layiqdir, yoxsa çıxmağa?".

Onun sualına jurnalistlərdən biri sualla cavab verib - "Bir oyuna görə?".

Deyəsən, yalnış giriş etdiyinin fərqində olan baş məşqçi "Başa düşdüm, qəşəng cavabdır. Oturdum yerimdə" - deməklə kifayətlənib.

Maraqlı alınan dialoq sosial şəbəkə istifadəçiləri tərəfindən gülüşlə qarşılanıb. Hətta çox sayda rəy yazan izləyicilər Şahin müəllimin sualına aşağıdakı cavabları veriblər:

"Kəpəz"lə "Şamaxı" layiqdir, "Sumqayıt"la "Səbail" yox".

"Sabah" "sağ olsun" oynamadı. Bir də bu qədər büdcə və legionerlə bir oyun udub millətin gözünə soxur. "Zirə" ilə oyunda görəcəyik".

"Səbail" getməlidir".

"Qarabağ"dan başqa futbol oynayan klub yoxdur".

"Şamaxı"nın qalıb öz futbolçularımızı inkişaf etdirməsi lazımdır".

"Çıxmağa layiqdir. Çempionatda "Səbail" sürünür".

Məlum çıxışın videosuna aşağıdakı linkdən baxa bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti