Əcnəbi mütəxəssisdən Kamran Ağayevlə bağlı ŞİKAYƏT - "İnsan bunu necə unuda bilər?"

22 Yanvar 23:40 Maraqlı 863
Əcnəbi mütəxəssisdən Kamran Ağayevlə bağlı ŞİKAYƏT - "İnsan bunu necə unuda bilər?"

"Təəssüf ki, "Turan"dan ayrılandan sonra Kamran Ağayevlə qarşılaşmadıq. Ən azı 10 ildən artıqdıqdır bir-birimizin səsini eşitməmişik".

Bunu Sportinfo.az-a açıqlamasında Kamran Ağayev "Turan"da çıxış edərkən komandanın baş məşqçisi olmuş Naci Şensoy dilə gətirib.

Naci bəy Ağayevin peşəkar karyerasında ilk məşqçisi olub. Qolkiper məhz onun rəhbərliyi altında iki il "Turan"da oynadıqdan sonra "Xəzər Lənkəran"a keçmiş və bununla da uğurlu karyerasını start vermişdi.

Türkiyəli mütəxəssis yetirməsindən gilay-güzar edərək, onu unutqanlıqda qınayıb: "Kamran Ağayevə salamımı çatdırın. Ona deyin ki, Naci hoca səndən incikdir. Çünki məni axtarmağı unutdu. Ona peşəkar karyerasındakı rəsmi oyunlarda ilk dəfə mən şans vermişəm. Telefonunda kontur yoxsa, mən ona kontur da ala bilərəm (gülür). İnsan karyerasında ona ilk dəfə şans verən məşqçini necə unuda bilər?".

Xatırladaq ki, Azərbaycan millisinin sabiq qapıçısı bir neçə gün əvvəl 35 yaşında karyerasını başa vurduğunu açıqlamışdı.

O, karyerası ərzində ölkəmizdə "Səbail", “Keşlə”, “Qəbələ”, “Bakı”, “Xəzər Lənkəran”, “Turan Tovuz” və “Şəfa”nın formasını geyinib.

“Mlada Boleslav” (Çexiya), “Boavişta” (Portuqaliya), “Karşıyaka” və “Kayserispor” (Türkiyə) komandalarında isə legioner həyatı yaşayıb.

Qapıçı 2008-2018-ci illər aralığında dəvət aldığı Azərbaycan millisində 79 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti