İsveç səfirinin Ukrayna zarafatı - Foto

24 İyun 2021 22:00 Maraqlı 656
İsveç səfirinin Ukrayna zarafatı - Foto

İsveçin Ukraynadakı səfiri Tobias Tiberq Ukrayna yığmasının Avro-2020-nin pley-offuna vəsiqə qazanmasına zarafatyana münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, E qrupunda İspaniya Slovakiyanı darmadağın etdikdən (5:0), İsveç isə Polşaya qalib gəldikdən (3:2) sonra Ukrayna yığmasının pley-offa vəsiqə qazandığı məlum olub.

Səfirin “tvitter”də paylaşdığı şəkildə Ukrayna yığmasının istirahət etdiyi, İsveçin isə işlədiyi göstərilib. Tiberq belə yazıb: “Xidmət göstərməkdən məmnunuq”.

Qeyd edək ki, İsveç yığması 1/8 finalda Ukrayna ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti