Qaranlıq yolda gözdən itən "Neftçi" - Sultanovla Məmmədovun "benefisi"

13 Sentyabr 2020 20:40 Köşə 1 335
Qaranlıq yolda gözdən itən "Neftçi" - Sultanovla Məmmədovun "benefisi"

«Neftçi» məğlubiyyət(lər)ə nə vaxtdır göz qıırpırdı.

Qəbələ toplanışının ilk günlərindən.

Ta o günlərdən yazırdıq, xəbər verirdik ki, işlər ürəkaçan deyil, vəziyyət tədricən nəzarətdən çıxır və bir gün qarşını almaq çətin, bəlkə də mümkün olmayacaq.

Biz bunları bircə-bircə qeyd etdik: ictimaiyyətini agah elədiksə də, klub rəhbərliyinin qəzəbinə tuş gəldik. İnkar kampaniyasına başladıılar, yalandılar: həm özləri, həm də Füzuli Məmmədov.

Yaratdıqları ıinternet kanalda gün olmadı ki, saytımızdan danışmasınlar, nə yazdıqsa, təkzib eləməsinlər. İşləri gücləri ancaq budur. İşi isə görə bilmirlər, əllərindən gəlmir. Yox ki, tənbəldilər. Sadəcə, bacarmırlar, bacarıqsızdılar.

Mamadu Mbodjun erkən əvəzlənməsinə kəskin etirazı aysberqin görünən üzüdür. Heç vaxt heç nə təsadüfən olmur. Bu hadisə gözlənilirdi, yetişmirdi.

Rəhbərlik və baş məşqçinin özü hər nə qədər düşərgədə hamının can deyib, can eşitməkdən danışsa da, bütün bunların quru sözdən, iz azdırmaqdan başqa bir şey olmadığını bilirdik, oxucularımııza çatdırırdıq.

Çünki saytımızın istifadəçiləri arasında kifayət qədər «Neftçi»sevər var və onlara əsl həqiqətəi çatdrmaq, olanlardan olduğu kimi məlumatlı etməyi həmişə özümüzə bornc saymışıq.

Bu komandada Füzuli Məmmədovu bircə nəfər baş məşqçi kimi qəbullanırsa, o da onun kölgəsidir. Heç özü də deyil. Nə futbolçu, nə zad…

Bir behmankəs də Məmmədovu xoşlamır və onun buradakı varlığından məmnun deyil. Özünü, işini yox, Ceyhun Sultanovlla qohumluq əlaqələrini qəbul edirlər. Amma barışa bilmirlər bununla.

Fikir verin, Mbodj Sultanovun şəxsən Azərbaycana gətirdiyi legionerlərdən biridir, çox yaxındıırlar. Hətta o belə, baş məşqçiyə təpinirsə, qərarına kəskin etiraz bildirirsə, bununla da kifayətlənməyib, onunla mübahitsəni nümayişkaranə surətdə davam etdirirsə, daha nə deyəsən..? Adı təhqir və hörmətsizlikdir bu hərəkətin.

Füzuli Məmmədov olanların hamısından sonra seneqallı müdafiəçini cəzalandırmayacağını açıqlayır. Davakar futbolçunun özü isə elədiklərindən dolayı nə üzr isətyir, nə bir şey. Sanki belə də olmalıdır.

Baş məşqçi deyir ki, Mbodj paltardəyişmə otağında səhvini etiraf eləyib. Bunu görən yoxdur, başqa təsdiq edən də yoxdur. Kim bilir, bəlkə də Mbodj heç səhvini boynuna alıb eləməyib.

Lap edibsə belə, bu, meydanda baş verən hadisələrin fonunda heç nədir, mənasızdıır.

Afrikalı oyunçu publikanın gözü qarşısında baş məşqçisinə qarşı necə təhqiramiz tərzdə o hərəkətə yol veribsə, xətasını yenə bu şəkildə dilə gətirməli, həm klub rəhbərliyindən, həm Füzuli Məmmədovun özündən, həm də azarkeşlərdən üzr istəməli idi.

Çünki heç bir futbolçu formasını geyindiyi «Neftçi»nin adından üstün deyil və heç bir halda bağışlanmamalıdır, cəzalanmamalıdır. Mbodjun hoqqası «Qarabağ» formasında şəkil çəkdirib sosial şəbəkədə paylaşan Baqali Dabonun yanaşmasından daha betər hörmətsizlikdir «Neftçi»yə.

Hər halda «virtual aləm» vasitəsilə kluba «mesaj» göndərmək başqa, bu başqa.

Dünən Mbodj, sabah bir qeyrisi. Biri oldu, birini də gözləyin. Daha sonra daha birini. Ceyhun Sultanov kələfin ucunu itirib. Füzuli Məmmədov onu düz buyurur ki, o, nə kələfin ucunu itirib, nə də «Qalatasaray»ın adı gələn yerdə onu dəhşət bürüyür.

Adam öz yerində deyil, onun üçün havanın necə olmasının, xəzri, yoxsa gilavar küləyinin əsməsinin nə fərqi? Cəfa çəkmədən, xidmət göstərmədən hazıırın nazirinə yiyələnib, gəlib olub burada baş məşqçi. İtirəcəyi bir şey də yoxdur, nədən qorxsun? Onun üçün hər gün bayramdır.

Xəzər Hikmət

Xəbər Lenti