"Siqnal İduna Park" elə bil "Tofiq Bəhramov" stadionu idi...

17 May 11:00 Köşə 560
"Siqnal İduna Park" elə bil "Tofiq Bəhramov" stadionu idi...

2 aydan sonra Avropada, Almaniyada böyük futbol başladı. İndiki idmansızlıq, futbolsuzluq durumunda azarkeşlər üçün böyük təsəllidir. Bəli, hər hansı bayram-filan yox, məhz təsəlli!

Çünki... Bayram yox idi. Ona görə yox idi ki, Dortmundun çox vaxt dolu olan 80 minlik stadionu bomboş idi. "Siqnal İduna Park" sanki "Tofiq Bəhramov" stadionu idi və orada oynayan da "Borussiya" ilə "Şalke" yox, "Qarabağ"la "Səbail" idi. Deməli, futbolun bəzəyi qoldan, puldan, Ronaldodan, Messidən əvvəl birinci növbədə azarkeşlərdir. Çünki meydanda həyəcanı və gərginliyi yaradan, futbolçuya ruh verən, onu coşduran azarkeşlərdir.

Təkrar edirəm: azarkeşlər.

Və onların dəyəri hər yerdə, hər bir ölkədə bilinməlidir. Almaniyada Tomas Müller də bilməlidir, Azərbaycanda Mahir Emreli də. Azarkeş olmadığına görə idi ki, bundesliqanın iki köklü klubunun matçı rəsmi, vacib qarşılaşmaya yox, bir komandanın məşqinə, ikitərəfli oyununa bənzəyirdi.

Amma istənilən halda...

Futbol və idman dünyası "Böyük beşlik"dən bir liqanın oyunlarının bərpası ilə komadan ayıldı. Ona görə də “Danke, Almaniya!” deyək və sualı yönləndirək bizim idmana cavabdeh dövlət qurumu İdman Nazirliyinə, sonra isə AFFA-ya: bəs, biz nə vaxt tərpənirik? (qol.az)

Aydın BAĞIROV

Xəbər Lenti
18 Sentyabr 22:00 "Çelsi" icarəyə verdi
18 Sentyabr 19:16 Edin Ceko "Yuventus"da
18 Sentyabr 19:02 25-ci "Qarabağ"la gəldi
18 Sentyabr 18:34 Ay qardaş, ay qardaş…
18 Sentyabr 09:42 Satmaq üçün razılaşdılar