"Neftçi" çempion olmaq istəmir, "vaxt öldürür"

12 Fevral 2020 13:12 Köşə 1 083
"Neftçi" çempion olmaq istəmir, "vaxt öldürür"

Milli çempionatda, gözlənildiyi kimi, dəyişən bir şey yoxdur.

Fasilədən sonra klublar həmişəki ləngəri ilə mübarizəyə qayıdırlar. Üçüncü dövrənin ilk iki turu ərzində bir sabit klub belə tapmaq olmadı.

«Neftçi» ilə görüşdən sonra «Qarabağ»ın sükançısı Qurban Qurbanovun dediyi kimi, komandasına 3-4 tur lazımdır ki, özünə gəlsin. İlk baxışda, doğru buyurur.

Əslində, onun heyəti üçün belə bir fərq olmamalıdır. Çünki rəqiblər qat-qat zəifdirlər, heyətin sabitlik göstəricisi, güclənmək üçün atılan addımlarla komandanın oyun planında geriləməsi qəribədir.

Bu 3-4 turluq bəhanənin isə bir səbəbi milli-mental xüsusiyyətdədirsə, digəri məşqçilərin və klub funksionerlərinin ənənəvi yanaşma tərzini dəyişməməsi, daha optimal həll yolu tapa bilməməsidir. Elə hər yay da belə olur və komanda Avropa arenasında qaranlıqları yarmaq məcburiyyətində qalır.

Bu məsələləri kənara qoyaq və keçək meydana.

«Neftçi» üçün «Qarabağ»la duel ikiqat vacib, bəlkə də 6 xala bərabər mübarizə meydanıdır. Bu yetərlidir ki, kollektiv tam fərqli, istər psixoloji, istərsə oyun elementləri baxımından rəqibə qarşı ən optimal hazırlıq keçsin.

Qış fasiləsində bu kluba gün kimi aydın idi ki, «Qarabağ»a yaxınlaşmaq, bəlkə də mübarizəni kəskinləşdirmək, haradasa çempionluq savaşını yenidən canlandırmaq üçün mütləq qələbə uğrunda can qoymaq lazımdır. Bunu meydanda nə görmək, nə də buna can atan bir heyət görmək, nə də taktiki plan izləmək mümkün oldu.

Ümumən, yeni sükançısı Füzuli məmmədov ilə «Neftçi», deyəsən, yaya qədər vaxt ötüşdürmək istəyir. Komanda avrokubokda yer alacağına da haradasa əmin görünür və bu səbəbdən qığılcımsızdır.

Yeni baş məşqçinin bu sahədə ilk addımlarıdır. Bu səbəbdən onun kritik və arizmatik gedişərini gözləmək olardı. Risk etmək bu haldı ona ço dividend gətirə bilər. Amma yeni baş məşqçi qəfil şansı dəyərləndirməyə hazır görünmür.

Onun yanlış taktiki seçimləri hələlik ilk iki rəsmi oyununun nəticələrinə təsir etdi. Xüsusən «Qarabağ»la görüş prinsipiallığı ilə seçilirdisə, «Sumqayıt»la ötən ildən qalmış kubok hesabı daha bir düyün idi.

Düyünü açmaq, yosa kəsmək dilemmasını komanda həll edə bilmədi və iki tura yalnız itirdi. Hər halda kollektiv üçün bundan sonra da şanslar var.

Uğurun açarı sükançıya rəhbərliyin etimadı və bundan sonra kollektivin inancı olacaq. Bu mənada komanda meydanda bir qədər gərgin görünür.

BATI YAR

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"