Tərlan Əhmədovdan növbəti QALMAQALLI HƏRƏKƏT

30 İyul 2020 22:40 Şamaxı 1 903
Tərlan Əhmədovdan növbəti QALMAQALLI HƏRƏKƏT

Hər ötən gün «Keşlə»də gərginlik və narazıılıq bir qədər də artır.

Belə görünür ki, proses get-gedə qarşısıalınmaz səviyyəyə yaxınlaşır.

Təəssüf ki, Zaur Axundovun yaratdığı şərait və verdiyi dəstək Tərlan Əhmədovu «cızığından çıxarıb». Baş məşqçi Müşahidə Şurasının sədrinin inamından istifadə edərək. düşərgədə gündə bir hoqqa verir.

Futbolçularla münasibətləri qaydasında olmayan Əhmədov indi də köməkçilərinə «göz verib, işıq vermir». Vadar Nuriyevi heç bir tutarlı səbəb olmadan məşqçi koprusundan uzaqlaşdıran çalışdırıcıı indi də Zaur İsmayılovla problem yaşayır.

Şamaxı toplanışı zamanı tərəflər əməlli-başlı mübahisə edib. Ona kobud şəkildə göstəriş verilməsindən əsəbləşən İsmayılov Əhmədova cavab qaytarıb və bunun yolverilməz olduğunu deyib. Baş məşqçi səhvini anlamaq əvəzinə, yardımçıısını bir az da acılayıb.

Artıq bu hadisədən klub rəhbərliyinin xəbəri var. Güman olunur ki, Axundov olanları araşdırıb, lazımı tədbir görəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti