Bakı klubuna ŞOK XƏBƏR gəldi – Bizdə qalacaq

15 İyul 2020 16:56 Şamaxı 1 364
Bakı klubuna ŞOK XƏBƏR gəldi – Bizdə qalacaq

Rəşad Sadıqovun ölkə çempionatının son mövsümünün əsas ulduzu saydığı Sezar Meza Kollinin “Keşlə”yə dönüb-dönməyəcəyi ilə bağlı qeyri-müəyyənliyə son qoyulub.

Və bu xəbər Avropa Liqasında mübarizə aparacaq paytaxt təmsilçisini şoka salıb.

Belə ki, AFFA-nın da milliləşdirməyə başladığı yarımmüdafiəçiyə “Universitatya” problem yaradıb. Rumıniya klubu paraqvaylı futbolçunun Bakıya dönməsinə icazə verməyib.

Onun 2018-in avqustunda üçillik müqavilə bağladığı Krayova komandasına dönmək istəyi anlaşılandır. Axı “Keşlə” ilə icarə müqaviləsinin müddəti iyulun 22-də bitəcək (“vikipediya”da belə yazılıb) Sezar ilk növbədə məxsus olduğu klubun razılığını almalıydı ki, bu məqamda müəyyən suallar yaranırdı.

Hər şeydən əvvəl “Universitatya”nın ona ehtiyac duyub-duymaması maraq doğururdu. Bu komanda hazırda ÇFR ilə amansız çempionluq mübarizəsi aparır.

Və belə məqamda baş məşqçi Kristiano Berqodinin “qalib heyəti dəyişməzlər” prinsipinə sadiq qalacağı şübhə doğurmurdu. İtalyan mütəxəssis “Universitatya”nın sükanı arxasına mayın 8-də keçib, deməli, Sezarın futbolçu keyfiyyətlərinə də bələd deyil.

Bələd olmadığı futbolçuya güvənmək isə ağıllı qərar sayılmaz. Ancaq o, belə etmədi, riskə getmədi. Cənubi amerikalını düşərgədə saxlamağı lazım bildi.

Sezarı Rumıniyaya “çağıran” növbəti səbəb qardaşının varlığı ola bilər. Həqiqətən də böyük qardaş - Derlis “Neftçi” karyerasının ardından ötən ilin iyulundan bu ölkədə, daha doğrusu, ikinci dəstə komandası “Petrolul”da çıxış edir.

Sezarın “Keşlə”ni atıb, “qardaşımla birgə oynayım” inadı ilə Ploeşti klubuna keçəcəyi ən azı qeyri-ciddi görünürdü, lakin maddi amilər yenə öz işini gördü.

Sezar üçün ən münasib qərar 2013-dən bəri çıxış etdiyi (yalnız 2018/19 mövsümündə “Universitatya”da olub) ölkəmizin yolunu tutmaq olardı. Bu gün o, “Keşlə”nin və Azərbaycan çempionatının liderlərindən biri sayılırsa, Rumıniya, “Universitatya” və konkret Berqodi üçün heç kimdir.

Gəl ki, icarə variantını gündəmdən çıxartdılar. Bakı klubu isə birdəfəlik satış üçün qarşı tərəfin tələb etdiyi təzminatı da ödəmək iqtidarında deyil. Bu isə təqribən 150 min avroaya yaxındır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti