"Ümid edirəm ki, mənə yeni müqavilə təklif olunacaq"

14 May 15:04 Keşlə 208
"Ümid edirəm ki, mənə yeni müqavilə təklif olunacaq"

"Hər an milli komandaya yeni çağırışa cavab verməyə hazıram.

Federasiya və məşqçilər heyəti bundan xəbərdardır. Ölkəmin yığmasında oynamaq mənim üçün şərəfdir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova Futbol Federasiyasının rəsmi saytına müsahibəsində milliyə mümkün qayıdışı barədə danışarkən deyib.

Karantin dövründəki məşğuliyətindən də söz açan 34 yaşlı qolkiper bildirib ki, hazırda həyat yoldaşı və 2 övladı ilə birlikdə Tiraspol şəhərindədir:

"Günə 1,5 saatlıq məşqlə başlayıram. Həmçinin hər axşam komandamla birlikdə onlayn hazırlıqda iştirak edirəm. Qalan vaxtımı isə ailəmlə keçirirəm. Evdə çoxlu iş olur".

Namaşkonun sözlərinə görə, son 2 ayda heç bir filmə baxmayıb: "Buna inanmaq çətindir. Rok və hevi-metal janrlarını sevməyimə baxmayaraq, hətta musiqiyə qulaq asmağa belə vaxtım yoxdur".

Təcrübəli oyunçu koronavirus pandemiyası səbəbindən dayandırılan Azərbaycan Premyer Liqası ilə bağlı qeyri-müəyyənliyin davam etdiyini söyləyib: "Çempionatın bərpa olub və ya başa çatdırılacağı hələ bilinmir:

"Hər şeyin hökumətin qərarından asılıdır. Əvvəlcə ölkədə mayın 4-dək karantin rejimi elan olunsa da, sonradan müddəti həmin ayın 31-dək uzatdılar.

"Keşlə" hazırda "Qarabağ" və "Neftçi"dən sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 4-cü sıradakı "Sumqayıt"ı isə 7 xal qabaqlayırıq. Avropa Liqasına vəsiqə qazanmaq üçün əla şansımız var".

Moldovalı qapıçı istənilən an Azərbaycana qayıtmağa və komandasına qoşulmağa hazır olduğunu bildirib: "Kişinyovda yerləşən Azərbaycan səfirliyi ilə əlaqə saxlamışam. Bütün lazımı sənədləri hazırlayıb Azərbaycan vətəndaşları üçün Bakıya çarter reysinin təşkil olunmasını gözləyirəm".

O, cari mövsümün əvvəlində "Keşlə"yə transfer olunub. Namaşko "Keşlə" ilə müqaviləsinin iyunun 31-dək olduğunu açıqlayıb:

"Pandemiya səbəbindən hələlik rəhbərliklə müqavilənin uzadılması barədə danışmamışam. Açığı, "Keşlə"də oynamağa davam etmək istərdim. Buna görə də ümid edirəm ki, mənə yeni müqavilə təklif olunacaq".

Digər Xəbərlər
Xəbər Lenti