 
            "Keşlə"nin düşərgəsinə yeni futbolçu gəlib.
Klubdan Sportinfo.az-a verilən məlumata görə, Murad Ağayevlə müqavilə imzalanıb.
Vaxtilə milliyə də dəvət alan 26 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək paytaxt təmsilçisinə məxsus olacaq.
"Sumqayıt", "Neftçi", AZAL-ın da formasını geyinmiş Murad mövsümün ilk yarısını "Səbail"in əvəzedici heyətində keçirib. Tərlan Əhmədov onu AFFA-dan gələn zəngdən sonra komandaya götürüb.

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            