“Komandamızın ustalıq səviyyəsi çatsaydı, bəlkə də…”

15 Avqust 21:00 Keşlə 396
“Komandamızın ustalıq səviyyəsi çatsaydı, bəlkə də…”

“Bizim üçün təkcə “Qəbələ” ilə yox, bütün rəqiblərlə oyun çətin olacaq.

Gənclərin çoxluq təşkil etdiyi, çempionatda legionerlərin olmadığı yeganə komandayıq”.

“Şamaxı”nın hücumçusu Amil Yunanov Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 2-ci turu çərçivəsində baş tutan “Qəbələ” – “Şamaxı” (3:1) oyunu ilə bağlı təəssüratlarını bölüşüb.

Bir həftə əvvəl “Neftçi”yə son dəqiqələrdə vurulan qolla məğlub olan bölgə təmsilçisinin bu dəfə qəbəlilərə çətin anlar yaşadacağını gözləsək də, əksi yaşandı.

Meydan sahibləri ilk 20 dəqiqədə vurulan 3 qolla oyunun taleyini həll etdi. Amil məğlubiyyətin əsas səbəbini ilk dəqiqələrdə buraxılan qolda görür:

“Açığı, oyuna çox yaxşı hazırlaşmışdıq və Şamaxıya xal, ya da xallarla qayıtmaq istəyirdik. İlk qolu belə erkən buraxacağımızı gözləmirdik.

8-ci dəqiqədə qapımızda qol görəndə komanda istər-istəməz sarsıldı. Özümüzə gəlməmiş növbəti qolu buraxdıq.

10 dəqiqəyə 2 qol buraxandan sonra çaşqınlığın olması normaldır. Belədə rəqib üçüncü topu da vurdu.

Fasilədə “ayıldıq”, ikinci hissəyə yaxşı başladıq və hesab arasındakı fərqi azaltdıq.

Deyim ki, ustalıq səviyyəsi çatsaydı, bəlkə də hesabı bərabərləşdirərdik. 3:0-dan sonra 3:3 etmək çətin olur”.

“Qəbələ”nin 3:1 hesabı ilə qalib gəldiyi görüşdə “Şamaxı”nın yeganə qolunu görüşün 56-cı dəqiqəsində Amil Yunanov vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 13:40 Bu imza uğur gətirir!
28 Sentyabr 01:10 Samir Əliyev: "Çətindir"
28 Sentyabr 00:40 "Bunu etməyə məcbur idik"
28 Sentyabr 00:10 "Yuventus" satmaq istəmir