"Bugünkü mübarizəyə görə futbolçularıma təşəkkür edirəm" - Vüqar Əsgərli

7 Avqust 2022 19:50 Şamaxı 714
"Bugünkü mübarizəyə görə futbolçularıma təşəkkür edirəm" - Vüqar Əsgərli

"Biz gec toplandıq. İstəyərdik ki, bunun üçün vaxtımız çox olsun. Amma alınmadı. "Neftçi"yə qarşı oyunumuzun çətin olacağı aydın idi. Bu komandaya regionlarda xüsusi maraq var. Onlara qarşı oyunlar da çətin keçir. İlk yarıda futbolçularımızda həyəcan var idi. Fasilədən sonra isə bunu aradan qaldırdılar. Cəmi bir qol buraxsaq da, məğlubiyyət məğlubiyyətdi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 1-ci turunun "Neftçi" ilə oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Gənc mütəxəssis yeni futbolçu axtarışında olduqlarını söyləyib: "Bugünkü mübarizəyə görə futbolçularımıza təşəkkür edirəm. Klub olaraq strategiyamız davam edir. Çatışmazlıqları "transfer pəncərəsi" bağlanana qədər aradan qaldırmağa çalışacağıq. Əsasən ön xəttə oyunçular axtarırıq. Hücumda Amil Yunanov var, amma təkdi. Bəzi oyunçularla danışıqlar gedir. Allah qoysa, istədiyimiz oyunçuları taparıq. Nə olursa-olsun, 6 ay ərzində strategiyamız davam edəcək. Yəni ki, komandada legioner olmayacaq".


Bölgə klubunun çalışdırıcısı matçdakı yeganə qolu buraxarkən səhvə yol verən Əkpər Vəliyev barədə isə bunları deyib: "Bütün məşqlərimiz çəkilir, videoyazıları var. Məşqlərimizin videoyazısına baxdıqdan sonra start heyəti barədə qərar veriirk. Belə olanda futbolçularda əzmkarlıq yaranır. Qapıçı məşqçisi ilə danışdıq və Əkpərin oynamasını məsləhət gördü. Səhvlər qaçılmazdı, səhv edə-edə öyrənəcəklər. Bu dəqiqə nəticə barədə düşünmürük. Həmin futbolçuların oyun təcrübələrinin artması üçün əlimizdən gələni edirik".

Digər Xəbərlər
Xəbər Lenti