Bu müdafiəçi "Neftçi"ni bölgə klubuna dəyişir

5 İyul 19:00 Keşlə 1 640
Bu müdafiəçi "Neftçi"ni bölgə klubuna dəyişir

"Şamaxı"nın heyətinə qatmaqa istədiyi daha bir oyunçunun kimliyi məlum olub.

Belə ki, bölgə klubu "Neftçi-2"nin futbolçusu Elton Əlibəyli ilə danışıqlar aparır.

Əgər razılıq əldə olunsa, 22 yaşlı mərkəz müdafiəçisi qarşıdakı mövsümü Cavid Hüseynovun baş məşqçi olduğu komandada keçirəcək.

"Neftçi"nin yetirməsi olan Elton ötən mövsümün birinci yarısını "Səbail"də icarədə keçirib.

Onun qalan karyerası "ağ qaralar"la bağlıdır. Əsas komandada cəmi bir oyun keçirən Əlibəyli daha çox əvəzedici komandanın üzvü sayılır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti