Komandanın liderinin rəhbərliyin qəzəbinə tuş gəlməsinin səbəbi bilindi

17 May 2022 23:20 Şamaxı 787
Komandanın liderinin rəhbərliyin qəzəbinə tuş gəlməsinin səbəbi bilindi

Şəhriyar Əliyevin «Şamaxı»nın əsas komandasından uzaqlaşdırılmasını xəbər vermişdik.

Kapitan «Qəbələ» ilə Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən qarşılaşmadan (0:1) öncə düşərgədən kənarlaşdırılıb və əvəzedici heyətə göndərilib.

Artıq bunun səbəbi də məlumdur. Problem müdafiəçi ilə klub rəhbərliyi arasında yaranan fikir ayrılığından ortalığa çıxıb.

Belə ki, o, təklif olunan yeni müqavilə şərtləri ilə razılaşmayıb Hazırda qüvvədə olan maliyyə öhdəliyindən daha aşağı məbləğ qarşılığında klubda qalmaq istəməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti