“Heyətə yeni futbolçular cəlb edəcəyik" - Baş məşqçi postuna gələn

03:40 Şamaxı 131
“Heyətə yeni futbolçular cəlb edəcəyik" - Baş məşqçi postuna gələn

“Növbəti mövsüm üçün hədəfimiz Premyer Liqada yerimizi möhkəmləndirmək və yaxşı kollektiv formalaşdırmaqdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın yeni baş məşqçisi Azər Bağırov deyib.

O, təyinatınadək 14 futbolçunun tərk etdiyi komandada bundan sonra da dəyişikliklərin olacağını bildirib.

“Heyətə yeni futbolçular cəlb edəcəyik. Onların arasında gənc və perspektivli yerli oyunçular da olacaq.

Düşünürəm ki, “Şamaxı”da ötən illərdəki kimi, yerli futbolçularla legionerlərin tandemini quracağıq. Yəni, həm klubumuza, həm də Azərbaycan futboluna xidmət edəcəyik”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.

“Şamaxı” Azər Bağırovla üç illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti