Bugünlərdə “Şamaxı”nın baş məşqçisi təyin olunan Azər Bağırov öz korpusunu formadaşdırmaq üzrədir.
“Kəpəz“i digər əyalət təmsilçisinə dəyişən çalışdırıcı Rəşad Hüseynovu özünə köməkçi götürüb.
O, bu ilin yanvarından 21 yaşadək millidə Rəşad Eyyubovun yardımçısıdır.
25 yaşından məşqçilik fəaliyyəti ilə məşğul olan Rəşad Hüseynov müxtəlif illərdə “Rəvan”, “Zirə”, “Sabah” və “Neftçi”də çalışıb. 36 yaşlı mütəxəssis bir neçə il öncə “Sabah”ın əsas komandada baş məşqçisinin köməkçisi vəzifəsini icra edib.
Bundan sonra isə o, eyni vaxtda iki yerdə işləyəcək. AFFA onun U-21-lə yanaşı, klubda fəaliyyət göstərməsinə razılaşıb.
Azər Bağırovun digər köməkçilərinə gəlincə, qardaşı Araz Bağırov yenə onunla birlikdədir. Davud Kərimi isə qapıçılara məsuliyyət daşıyacaq.
Gəncə komandasında çiyin-çiyinə işlədiyi Rakif Əliyev, Zaur Əsədov və Vüqar Məmmədov isə onunla Şamaxıya yollanmaqdan imtina edib.
SPORTİNFO.AZ
Z

