"Qalib gələ bilmədik, məyus olduq - Biz də kənardan elə gördük ki…”

3 May 2022 19:10 Şamaxı 1 351
"Qalib gələ bilmədik, məyus olduq - Biz də kənardan elə gördük ki…”

"Qalib gələ bilmədiyimiz üçün məyus olduq. Amma komandamın döyüşkənliyini gördüm".

Sportinfo.az xəbər verir ki, bunu "Şamaxı"da baş məşqçi vəzifəsini icra edən Rüstəm Əliyev evdə “Səbail”lə qolsuz bərabərə qaldıqları Premyer Liqanın XXV tur matçından sonra deyib.

O bildirib ki, futbolçular verilən tapşırıqları yerinə yetiriblər:

"Səbrli olmaq, məğlubiyyətləri unutdurmaq lazımdır. Gələcəkdə bundan da yaxşı oynamağa çalışacağıq".

Mütəxəssis matçın sonlarındakı mübahisəli epizoda da toxunub:

"Biz də kənardan elə gördük ki, top rəqibin əlinə dəydi. Yenə də epizoda təkrar baxmaq lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti