Azərbaycanda çıxış edən hücumçunun "elçilər"i qapıda

16 Noyabr 2021 14:00 Şamaxı 1 368
Azərbaycanda çıxış edən hücumçunun "elçilər"i qapıda

Gələn ay «Keşlə» ilə 1 illik müqaviləsi başa çatacaq Anatole Abanq Polşaya bilet sifariş edib.

Kamerunlu hücumçu bu ölkənin yüksək liqasından təklif alıb. Afrikalı legionerə daha bir dəvət Kiprdən gəlib.

«Şerif»in sabiq forvardı hazırda «Keşlə»nin ən yüksək ödənişli üzvüdür. Yayda azərbaycanlı xanımla ailə həyatı qurmuş və ata olmağa hazırlaşan Abanqın məvacibi 10 min dollardır.

Sözləşməsinin bitməsinə həftələr qalsa da, o, hələ «Keşlə»nin mövqeyi ilə tanış olmayıb. Bilmir ki, klub ona yeni müqavilə təklif edəcək, ya yox.

Odur ki, buradakı gələcəyindən narahatdır. Qeyri-müəyyənlik içində qalan kamerunlu forvard, əlbəttə ki, klubun maliyyə durumunun pisləşməsindən xəbərdardır.

Bu səbəbdən zaman itirmədən alternativ variantları incələməyə başlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!