Bölgə klubunun millinin sabiq yarımmüdafiəçisi ilə bağlı planı baş tutmadı

23 İyun 23:40 Şamaxı 270
Bölgə klubunun millinin sabiq yarımmüdafiəçisi ilə bağlı planı baş tutmadı

"Şamaxı"nın Vadim Abdullayevi heyətinə qatmaq istəyi baş tutmayıb.

Buna səbəb futbolçuya çox aşağı şərtlərlə müqavilə təklif olunmasıdır.

Baş məşqçi Azər Bağırov "Araz Naxçıvan"da birgə çalışdığı yarımmüdafiəçini yanına gətirmək üçün çox çalışıb.

Təcrübəli futbolçu da tanış simanın yanına getməyə isti yanaşıb.

Amma şərtlərlə tanış olanda başını tutmalı olub.

Heç gözləmədiyi maaş təklifini qarşısında görüncə bölgəyə yollanmaqdan imtina edib.

31 yaşlı oyunçu başqa təklifləri gözdən keçirir.

Millimizin sabiq orta sahə oyunçusu son mövsümü "Karvan-Yevlax"da olub.

O, meydanda olduğu 30 qarşılaşmada 1 qolla yadda qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı