Bölgə klubundakı müəmmanın səbəbi bilindi - Onlar niyə bir-birindən ayrı düşdü?

17:00 Şamaxı 303
Bölgə klubundakı müəmmanın səbəbi bilindi - Onlar niyə bir-birindən ayrı düşdü?

"Şamaxı"nın yeni baş məşqçisi Azər Bağırovun korpusunda Araz Bağırov, Rəşad Hüseynov, Sabir Hacıəliyev və qapıçı hazırlığı üzrə məşqçi Davud Kərimi kömək yer alacaq.

Siyahıda ilk diqqətçəkən məqam Rakif Əliyevin olmamasıdır.

Bacarıqlı mütəxəssis ən son "Kəpəz"də də Bağırovun əsas köməkçilərindən biri olub.

Bəs indi niyə eyni komandada yoxdur?

Kiçik araşdırma sonrası məlum oldu ki, Əliyevin kənarda qalması səbəbsiz deyil.

Onunla Bağırov arasında hələ "Kəpəz"də olanda problemlər yaşanıb.

Amma baş məşqçi Bağırov yox, onun qardaşı Araz Bağırovdan söhbət gedir.

Araz Bağırov Akif Əliyevin işinə bəzi müdaxilələr edib.

Bu da Əliyevin xoşuna gəlməyib.

Mövsüm sona yaxınlaşdığı üçün bir müddət bu şərtlər altında işləməyə dözüb.

Azər Bağırov "Şamaxı"ya yollananda ona da təklif yollayıb.

Ancaq Akif Əliyev "Kəpəz"də başverənləri əsas gətirərək təklifdən imtina edib.

O, eyni şeylərin "Şamaxı"da da başına gələcəyindən ehtiyat edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti