«Kəpəz»in köhnə-yeni baş məşqçisi Azər Məmmədov çətin vəziyyətlə üzləşib.
Belə görünür ki, onun qayıdışı Gəncənin futbol ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb.
Təyinatı açıqlanar-açıqlanmaz bir qrup futbol adamı onunla əlaqə saxlayaraq, bu işin altına girməsinə görə onu tənqid və təhdid ediblər.
Açıq-aşkar Məmmədovu qınayıblar, bildiriblər ki, burada növbəti dəfə uğursuzluğa düçar olacaq, onda heç nə alınmayacaq.
Başqa sözlə, yerli mütəxəssis tanış simalardan dəstək almayıb, əksinə, indidən təzyiqlə üzləşib.
O, bu barədə klub rəsmilərinə şikayətlənib, narahatlığını bölüşüb. Komandanı Premyer Liqada saxlamaqdan ötrü əlavə çətinliklərlə üzləşəcəyini təxmin etdiyini bildirib.
Azər Məmmədov 2023-cü ilin yayından dekabrına kimi «sarı-göylər»i çalışdırıb. Müxtəlif səviyyələrdə təzyiqlərlə qarşılaşdığı çün vəzifəsindən gedib.
Üç il sonra geri dönən məşqçi 1 illik müqaviləyə qol çəkib. Danışıqlar aparılan digər namizədlərin heç biri bu görəvə üstlənməyib, o isə minimal şərtlər daxilində işləməyə razılıq verib.
SPORTİNFO.AZ

