“Şamaxı” heyətini daha bir futbolçu ilə gücləndirib.
Bölgə təmsilçisi baş məşqçi Azər Bağırovun istəyinə əsasən Zeynəddin Abdurrahmanovu heyətinə qatıb.
Ötən mövsüm I Liqada mübarizə aparan MOİK-də keçirən 23 yaşlı yarımmüdafiəçiyə aşağı dəstədən bir neçə sərfəli təklif olsa da, o, Premyer Liqada oynamağı üstün tutub.
Klubla U-21-in sabiq üzvünün arasında 2 illik müqavilə razılaşdırılıb.
“Şirlər” yaxın günlərdə yeni transferi ictimaiyyətə təqdim edəcək.
Zeynəddin karyerası ərzində “Səbail”, “Cəbrayıl” və MOİK-in şərəfini qoruyub.
Maraq üçün bildirək ki, “Şamaxı” yay fasiləsində 18 futbolçu ilə yollarını ayırıb.
Əvəzində, “Sumqayıt”dan Sənan Muradlı icarəyə götürülüb, “Səbail”dən Emin Rüstəmov, “Karvan-Yevlax”dan Uğur Cahangirov, “Qəbələ”dən Ceyhun Bağırzadənin hər biri ilə 2 illik sözləşmə əldə olunub.
HƏBİB / SPORTİNFO.AZ

