Futbolçumuzdan acı etiraf: "çox geri qalırıq”

25 İyul 2021 19:40 Şamaxı 1 048
Futbolçumuzdan acı etiraf: "çox geri qalırıq”

"Soçi" ilə oyun haqqında çox şey danışmağın adı yoxdur. Çünki rəqib göz qabağında olan komandadır. Gücü bəlli idi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin müdafiəçisi Tərlan Quliyev deyib.

Təcrübəli futbolçu məğlubiyyətə səbəb kimi bir sıra səbəbləri misal çəkib:

"3 oyunçumuzun cəzalı durumda olması və ötən mövsümün sonu komandada dəyişikliyin çox olması çətinlik yaratdı.

Heyəti qoruyub, saxlamaq mümkün olmadı. Yeni oyunçular da komandaya tez bir vaxtda uyğunlaşa bilmədilər.

Çətinliklər çox oldu. Düzdü, vuruşduq, amma bununla da hər şey düzəlmir".

Quliyev rəqibdən geri qaldıqlarını açıq etiraf edib: "Çox komponentlərdə rəqibdən geri qalırdıq. İlk hissə mübarizə apardıq, ancaq ikinci hissə rəqibə çox boşluqlar verdik".

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada