“Qarabağ”a qol vuran tanınmış hücumçu Azərbaycandan təklif aldı

20 İyun 2021 13:00 Şamaxı 2 089
“Qarabağ”a qol vuran tanınmış hücumçu Azərbaycandan təklif aldı

“Şerif”in sabiq hücumçusu Zigi Badibanqa Azərbaycandan təklif alıb.

Sportinfo.az-ın məlumatına görə, “Keşlə” belçikalı legionerə dəvət göndərib.

Bu ilin əvvəlində Qazaxıstana yollanan forvard Karaqanda “Şaxtyor”undan ayrılmaq istəyir.

Azərbaycan kubokunun son sahibi bunu bildiyindən, bizm futbolsevərlərə yaxşı tanış olan Badibanqanı 6 aylıq icarəyə götürməyə də hazırdır.

Zigi 2017-ci ildə Çempionlar Liqasının III təsnifat və ötən il Avropa Liqasının pley-off matçlarında “Qarabağ”a qarşı forma geyinib.

O, 2017-ci il avqustun 1-də Tiraspolda ağdamlılara 1:2 hesabı ilə uduzduqları görüşdə komandasının yeganə qoluna imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"