"Açığı, bura gələnədək inanmazdım ki..." - İdman direktoru

24 Fevral 20:20 Keşlə 303
"Açığı, bura gələnədək inanmazdım ki..." -  İdman direktoru

«Mən 3 aya yaxındır buradayam, hələ bir dəfə görmədim ki, hansısa futbolçu gəlib pul barədə şikayətlənsin».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Keşlə»nin idman direktoru Ceyhun Sultanov deyib.

Ötən ilin dekabrından paytaxt təmsilçisində işə başlayan funksioner ötən həftə keçirilən «Zirə»ilə matçdan (2:2) sonra düşərgədə ab-havanın daha da yaxşılaşdığını bildirib:

«Açığı, bura gələnədək inanmazdım ki, belə mehriban kollektivdə çalışacam. İstər klub işçiləri olsun, istərsə də məşqqçilər.

Çox insaflı və mübriz futbolçularımız var. Hamısı başa düşür ki, bu, bizdən asılı olmayaraq yaranmış çətinlikdir. Klubda hamı bir-birinə kömək edir.

İki aylıq maaş gecikməsi var, bu da «Keşlə» rəhbərliyindən qaynaqlanmır. Pul nə vaxt klubun hesabına köçürülsə, həmin gün də əməkhaqqıları verəcəyik.

Maaş problemi harada yoxdur ki… Hamımız əl-ələ verib, bu vəziyyətdən çıxacağıq. Gecikmə komandanın çıxışına təsir etmir.

Belə olsaydı, futbolçular «Zirə»yə qarşı o cür əzmkar mübarizə aparmazdı. Bu oyunun davamını gətirəcəyimizə əminəm.

O potensial komandamızda var. Premyer Liqada vəziyyətimizi düzətmək üçün var gücümüzü qoyacağıq».

Xəbər Lenti
21 Aprel 22:00 32-ci dəfə çempion
21 Aprel 11:00 Əlbəyaxa futbol
21 Aprel 01:52 Salah kapitan seçildi