Heç kim başqa kluba getməsin, yeni sponsoru gözləsin

17 May 2024 14:00 Kəpəz 3 705
Heç kim başqa kluba getməsin, yeni sponsoru gözləsin

«Kəpəz» rəhbərliyi müqaviləsi başa çatmaq üzrə olan yerli və əcnəbi futbolçularına müraciət edib.

Gəncəli rəsmilər onları başqa yerə getməyə tələsməməyə səsləyib.

Bildirilib ki, onları 2-3 həftə gözləsinlər, digər klublarla anlaşmasınlar. Bu da onunla izah olunub ki, «Kəpəz»ə yeni sponsorun gəlməsi gözlənilir.

Qeyd edilib ki, danışıqlar aparılan şirkətlə razılığa gəlinsə, bütün oyunçularla daha yaxşı şərtlərlə kontrakt bağlanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM