«Sabah»ın daha bir futbolçusu «Kəpəz»in yolunu tuta bilər.
Camal Cəfərovu birillik icarəyə götürən Gəncə təmsilçisi indi də Abdulla Xaybullayevə gözünü dikib.
«Sarı-göylər» yarımmüdafiəçinin xidmətindən yararlanmaq niyyəti ilə «bayquşlar»ın qapısını döyüb.
2001-ci il təvəllüdlü gənc Krunoslav Renduliçin planlarında önəmli yer tutmur. Xorvatiyalı baş məşqçi əslən dağıstanlı oyunçunu ehtiyatda görür.
SPORTİNFO.AZ