COP29

"Sizi sevirəm! Nəyə qadir olduğumuzu hamıya sübut etdik"

29 May 03:30 Kəpəz 532
"Sizi sevirəm! Nəyə qadir olduğumuzu hamıya sübut etdik"

"Kəpəz"in legioneri Mate Kvirkiya Premyer Liqanın sonuncu turunun "Turan Tovuz"la (0:1) matçından sonra sosial şəbəkə hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, gücrü yarımmüdafiəçi çətin mövsüm keçirdiklərini bildirib:

"Bu gün ilin son oyununu keçirdik. Ən çətin olan bu bir il üçün hamınıza təşəkkür edirəm.

Biz böyük bir məqsədə zəhmət nəticəsində nail olduq. Hamı bizdən şübhələndi, amma biz nəyə qadir olduğumuzu hamıya sübut etdik.

Azarkeşlərimizə xüsusi təşəkkürlər. Sizi sevirəm, görüşəcəyik".

Mate Kvirkiya bu mövsüm "Kəpəz"in heyətində meydana çıxdığı 30 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!