“Azərbaycan klubundan ayrılmaq qərarımdan zərrə qədər də peşman deyiləm”

08:50 Kəpəz 165
“Azərbaycan klubundan ayrılmaq qərarımdan zərrə qədər də peşman deyiləm”

Braziliyada “Qoiatuba”dan “San Xose”yə transfer olunan Keverton ölkəsinin mətbuatına maraqlı müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Azərbaycanda keçirdiyi günləri də xatırlayıb.

Qısa müddət ölkəmizdə “Kəpəz”in formasını geyinmiş dayaq yarımmüdafiəçisi ölkəmizə yollandığı vaxt üzləşdiyi çətinliklərdən bəhs edib:

“Qidalanma mənim üçün ən böyük qorxulardan biri idi. Amma araşdırdım və gördüm ki, buradakı kimi hər şey var: toyuq, ət, adi düyü.

Buna baxmayaraq, ilk gündən bir şok yaşadım. Oteldə adi çörək yox idi.

Səhər yeməyi fərqli idi, çörək bir az yumşaq, bir az da şirin xəmirdən ibarət idi. Ən pis təcrübəm səhər yeməyində oldu”.

Keverton həmin vaxt komanda yoldaşı olmuş həmyerlisi Braqanın ona kömək etdiyini söyləyib:

“Braqanın köməyi sayəsində uyğunlaşma çox sürətli oldu. İngiliscə o qədər də danışmırdı, amma yaxşı başa düşürdü.

Məşqlərdə hər şeyi mənə izah edirdi. İnsanların əksəriyyəti ingiliscə danışırdı. Ona görə də telefon həmişə əlimdə olurdu.

Zamanla bəzi şeyləri öyrəndim və gündəlik həyatda, eləcə də məşqlərdə deyilənləri az-çox başa düşə bilirdim”.

Braziliyalı ölkəmizdə cəmi 2 ay qalsa da, bu müddətin dərin izlər buraxmaq üçün kifayət etdiyini deyib:

“Bu qərarımdan zərrə qədər də peşman deyiləm. Həyatımın çətin dövrü idi, amma qazandığım dərslər problemlərdən daha böyük oldu”.

Keverton 2024-25 mövsümünün startında “Kəpəz”in heyətində Premyer Liqada cəmi 2 oyuna çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti