"Kəpəz" Veysəl Rzayevin bıçaqlanması ilə bağlı rəsmi açıqlama yayıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda futbolçunun vəziyyətinin stabil olduğu bildirilib:
“Kəpəz” Peşəkar Futbol Klubunun futbolçusu Veysəl Rzayev insident nəticəsində xəsarət alıb.
Klubumuzun üzvü hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunur. Futbolçuya cərrahi müdaxilə edilib, hazırda vəziyyəti stabildir".
Hadisə bu gün səhər saatlarında Gəncə şəhərində baş verib.

