Daşı ətəyindən tökdü, müqaviləsini pozanların sayı 5-ə çatdı

14:40 Kəpəz 218
Daşı ətəyindən tökdü, müqaviləsini pozanların sayı 5-ə çatdı

“Kəpəz”in vidalaşdığı oyunçuların sayı 5-ə çatıb.

Bu dəfə Klesus Donqonun müqaviləsinə xitam verilib.

Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi kontraktını qarşılıqlı razılıq əsasında pozmağa razılaşıb.

Yayda BATE-dən gəlmiş afrikalının müqaviləsinin 2026-cI ilin iyununda bitəcəyini xatırladaq. O, növbəti 6 ayın maaşının tamamilə ödənilməsini tələb edirdi.

Donqonun məvacibinin 2000 dollar olmasını da diqqətinizə çatdıraq. İndi isə vinger 2 aylıq maaşını almaqla kifayətlənməli olacaq.

Gəncə təmsilçisi oktyabrdan bəri 4 legionerə qapını göstərib.

Gürcüstanlı yarımmüdafiəçi Otar Aptsiauri və braziliyalı hücumçu Vitor Feijao həmin vaxt yola salınmışdısa, polşalı qapıçı Kaçper Rosa və portuqaliyalı müdafiəçi Perdo Qomeşlə bu gün ölkəmizlə vidalaşıb.

Onlarla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti