Bu sövdələşmə Azərbaycan klubuna neçəyə başa gəldi?

09:40 Kəpəz 305
Bu sövdələşmə Azərbaycan klubuna neçəyə başa gəldi?

"Kəpəz" qış fasiləsində növbəti transferini reallaşdırıb.

Öncə "Turan Tovuz"dan Veysəl Rzayevlə anlaşmış "sarı-göylər" heyətini bu dəfə gürcüstanlı müdafiəçi Mate Abuladze ilə gücləndirib.

25 yaşlı legionerlə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.

Abuladze mövsümün ilk yarısını yerli “Samqurali”də keçirib. 2024-cü ildən Tsxaltubo təmsilçisinin formasını geyinən müdafiəçi bu müddət ərzində 49 oyunda meydana çıxaraq 2 qola imza atıb.

Gəncə təmsilçisnini bu keçid üçün nə qədər xərcə düşdüyü də məlumdur.

Onun üçün məxsus olduğu kluba təzminat ödənilməyəcək, Matenin özü isə ilk 6 ayda 6000 dollar əməkhaqqı alacaq. Qarşıdakı sezonda isə bu rəqəm 10 min dollara çatacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Yanvar 17:30 Çək və bizə göndər!